29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları təsdiq edilib

25.05.2023

"Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” təsdiq edilib.

"DM" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin kollegiyası qərar qəbul edib.

Mehmanxanalar təqdim edilən xidmətlərin keyfiyyət səviyyəsinin müvafiq ulduz dərəcəsinə mütənasibliyini göstərən kateqoriyalar üzrə təsnifatlaşdırılır.

Mehmanxanaların ulduz dərəcələri aşağıdakı cədvəldə göstərilib:

Ulduz dərəcəsinin işarəsi

Ümumi təəssürat

1*

Nömrə fondunun və digər zonaların işlək və təhlükəsiz vəziyyətdə olan avadanlıqlar və mebel ilə təchiz edildiyi, gündəlik təmizliyin təmin edildiyi aşağı büdcəli mehmanxana;

2*

1* dərəcəsini təsvir edən tələblər ilə bərabər səhər yeməyinin çeşidli şəkildə təqdim edildiyi aşağı büdcəli mehmanxana;

3*

2* dərəcəsini təsvir edən tələblər ilə bərabər keyfiyyətli mebel və avadanlıqların olduğu və komfortun təmin edildiyi mehmanxana;

4*

3* dərəcəsini təsvir edən tələblər ilə bərabər, ən azı 3-dən çox müxtəlif növ xidmətlərin və komfortun təmin edildiyi mehmanxana;

5*

4* dərəcəsini təsvir edən tələblər ilə bərabər, dəbdəbəli dizayn və təchizata malik olan və komfortun təmin edildiyi mehmanxana.