29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Peskovdan rus alimlərin həbsinə reaksiya

24.05.2023

Alimlərin dövlətə xəyanətə görə həbs edilməsi tendensiyası yoxdur və xüsusi xidmət orqanları öz funksiyalarını yerinə yetirir.

"DM" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Burada mən heç bir tendensiya haqqında nəticə çıxarmazdım. Bizim xüsusi xidmət orqanlarımız öz funksiyalarını yerinə yetirir, dövlət sirrini qoruyur və dövlətə xəyanətdə şübhəli bilinən vəziyyətə nəzarət edir”, - o bildirib.

Qeyd edək ki, Rusiyanın Novosibirsk Nəzəri və Tətbiqi Mexanika İnstitutunun hipersəs uçan aparatlarının yaradılması ilə məşğul olan 3 alimi - texniki elmlər doktoru, baş elmi işçi, institutda yüksək sürətli aeroqazdinamika laboratoriyasının əsasını qoyan Valeri Zvyagintsev, baş elmi işçisi Anatoli Maslov və institutun direktoru Aleksandr Şiplyuk dövlətə xəyanət maddələri ilə həbs olunublar. Onları ömürlük həbs cəzası gözləyir.

Alimlər hipersəs texnologiyaları ilə bağlı məlumatları Çinə ötürməkdə günahlandırılır.