30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Prezidenti italiyalı həmkarına başsağlığı verib

24.05.2023

Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Emilia-Romanya regionunda baş vermiş güclü daşqınlar nəticəsində insan tələfatı və çoxsaylı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.