30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İki institutun rəhbəri postuna müsahibə elan edildi

21.11.2018

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib.
"Dövran Media" xəbər verir ki, sözügedən vakansiya üzrə müraciət edən şəxslərin sahə üzrə ali təhsili, elmi dərəcəsi və azı 5 il əmək stajı olmalıdır.
Nazirlik həmçinin Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinin tutulması ilə bağlı da müsahibə elan edib.
Hər iki İnstitutun direktoru vəzifəsi üçün müəyyən edilən əməkhaqqı 750 manat təşkil edir.
Hər iki vəzifə üçün müsahibə şərtləri ilə nazirliyin rəsmi saytının "Elanlar" bölümündə tanış ola bilərsiniz.