01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Heç bir şeyə malik olmayan şəxs - Saakaşvili

21.11.2018

"Dövran Media” Ria.novosti-yə istinadən xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ailə üzvlərinin hesablarının və daşınmaz əmlaklarının həbs olunduğunu bildirib, hansı ki, onun mülkiyyətinin həcmi Gürcüstanını mövcud millət vəkillərindən daha kiçikdir.
 "Mən demək olar ki, doqquz il prezident olmuşam və heç bir şeyə malik olmayan şəxsəm. Beselia və Sesiaşvili ilə (Gürcüstan parlamentinin üzvləri) müqayisədə on dəfə az mülküm var. Buna baxmayaraq, bütün dünya məni tanıyır"- deyə, Saakaşvili "Palitranyus" televiziyasında bəyan edib.
Onun sözlərinə görə, məhz özü məhkəmə ədalətsiziliyinin sınağından artıq keçib. "Hesabları, o cümlədən 16 illik Hondası həbs olunan nənəm eləcə də öldü, mənim anamın mənzilinə həbs qoyulub, mənim yeganə əmlakım müsadirə olunub"- deyə, bildirib.
2014-cü ildə Baş Prokurorluq dövlət əmlakının mənimsənilməsində ittiham edildiyi üçün Saakaşvili, həm də onun yaxınlarının - həyat yoldaşı, ana və nənəsinin daşınan və daşınmaz əmlakına həbs qoyub. Sabiq prezident 2013-cü ilin noyabrında yeni dövlət başçısının andiçmə mərasimindən dərhal sonra Gürcüstanı tərk etmiş və o vaxtdan vətəninə dönməmişdir.
Hazırda Saakaşvili Gürcüstanda ölkədaxili axtarışdadır və ona qarşı bir neçə ittiham irəli sürülüb.