29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fatih Dönməz: “Ölkənin cənub-şərqində yüksəkkeyfiyyətli neft aşkar etmişik”

24.05.2023

Türkiyə Qara dənizin cənub-şərq şelfinin hesabına neft və qaz kəşfiyyatı sahələrini genişləndirmək niyyətindədir.

Bu açıqlama ilə Türkiyənin energetika naziri Fatih Dönməz çıxış edib.

"2023-cü ilin sonuna qədər həm Ordu vilayətinin şelfində, həm də Rizədəki şelfdə kəşfiyyat qazma işləri aparacağıq. Ordudan təbii qaz, Rizədən isə neft tapacağımızı ehtimal edirik”, - deyə türkiyəli nazir bildirib.

Məlumat üçün bildirək ki, hər iki vilayət Türkiyənin şimal-şərqində, Qara dəniz sahilində yerləşir.

Bundan əlavə Dönməz Türkiyənin cənub-şərqində tapılan neftin yüksəkkeyfiyyətli olduğunu bildirib.

Fatih Dönməz, həmçinin Esma-Çevik yatağından çıxarılan neftin "Brent” neftinə bənzəyən son dərəcə yüksək keyfiyyətə malik maye olduğunu vurğulayıb. 
"Keçən il orada gündəlik hasilatımız 80 min barelə bərabər idi və biz onu hazırda 100 min barelə çatdırmağı düşünürük”, - deyə Fatih Dönməz əlavə edib. 

Fatih Dönməz, həmçinin əlavə edib ki, qısa müddətdə onlarla yeni quyunun açılması və ümumi neft hasilatının sutkada 200 min barelə çatdırılması planlaşdırılır ki, bu da daxili istehlakın 22 faizini əhatə edəcək.

Bununla belə, F.Dönməz etiraf edib ki, dağlıq ərazilərdə qazma işləri aparmaq kifayət qədər çətindir və bunun üçün bahalı texnika və infrastrukturun hazırlanması tələb olunur.

Mənbə: Star