29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəngilan və Cəbrayılda itkin düşmüş şəxslərin qalıqları ilə bağlı axtarışlar aparılacaq

24.05.2023

Zəngilan və Cəbrayıl istiqamətində itkin düşmüş şəxslərin qalıqlarının tapılması istiqamətində tədqiqat işləri həyata keçiriləcək.

"DM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi Akif Quliyev deyib.

O bildirib ki, hazırda mayın 3-dən 17-dək aparılan tədqiqat işləri çərçivəsində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində aşkar edilmiş skeletlər üzərində laborator analizlər aparılır:

"Bildiyiniz kimi, 4 minə yaxın itkin düşən şəxs var və 15 min insandan analiz götürülüb. Həmin analizlərə əsasən aşkarlanan sümüklər uyğunlaşdırılır. Hazırda mina təhlükəsi ilə əlaqədar təmizləmə işləri aparılır. İşlər bitdikdən sonra iyunda tədqiqatlarımıza davam edəcəyik. Yenidən Füzulidə, daha sonra isə Cəbrayıl və Zəngilan istiqamətində axtarışlar aparılacaq".