29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bakcell” Zəngilanın Ağalı kəndində mağaza açıb - FOTO/VİDEO

24.05.2023

19 may 2023-cü il tarixində Zəngilan rayonunun Ağalı kəndində yeni "Bakcell” mağazası fəaliyyətə başlayıb.

Yeni "Bakcell” mağazasında Ağalı sakinlərinə şirkətin məhsul və xidmətlərinin geniş çeşidi, həmçinin mobil nömrələr və aksesuarlar təklif edilir. Mağazanın açılışında "Bakcell” şirkəti və yerli qurumların nümayəndələri ilə yanaşı Ağalı kəndinin sakinləri də iştirak ediblər.

Açılış mərasimi xüsusi olaraq uşaqlar üçün hazırlanmış əyləncə proqramı ilə yadda qalıb. Ağıllı kəndin gənc sakinləri üçün xoş sürpriz kimi tədbirdə müxtəlif oyunlar və şən yarışlar keçirilib, uşaqlara maraqlı hədiyyələr təqdim edilib.
"NEQSOL Holding”in tərkibinə daxil olan "Bakcell” şirkəti hazırda "Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.