29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı-Sumqayıt sürət qatarlarına onlayn bilet almaq mümkün olacaq - RƏSMİ

24.05.2023

Bakı-Sumqayıt sürət qatarına onlayn bilet satışının olmaması sərnişinlərin narazılığına səbəb olub. Çünki Sumqayıt və Bakıətrafı yaşayış məntəqələrinin, eləcə də paytaxt sakinləri arasında sürət qatarlarından istifadə edənlərin sayı kifayət qədərdir.

Tək bir faktı qeyd edək ki, bu ilin yanvar-aprel aylarında "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən  2 milyon 77,4 min sərnişin daşınıb. Bu qədər sərnişinin ən azı 90 faizi Bakı-Sumqayıt arasında daşınıb. Ona görə də bu qədər sərnişinin narahatlığını və maraqlarını nəzərə almaq çox vacibdir.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” QSC-nin mövqeyini öyrəndik. Qurumdan Bizim.media-ya bildirilib ki, onlayn bilet satışı üzrə proqram təminatının rəqəmsallaşdırılması məqsədilə yeni mobil tətbiqin hazırlanaraq istifadəyə verilməsi üzrə iş aparır:
"Mobil tətbiqin istifadəyə verilməsi sərnişinlərə Abşeron dairəvi dəmiryolu xətti üzrə elektrik qatarlarına onlayn bilet almaq imkanı yaradacaq. Hazırda isə Abşeron dairəvi dəmiryolu xəttinin bütün stansiyalarında təmassız ödənişi dəstəkləyən istənilən bank kartı, həmçinin ADY-nin gediş kartı ilə rahat şəkildə ödəniş etmək mümkündür”.

Qurumdan o da bildirilib ki, 2016-cı ildən regionlar üzrə dəmiryolu nəqliyyatından istifadə edən sərnişinlər qurumun rəsmi saytına daxil olaraq onlayn bilet əldə edirlər.