Ukrayna tankçıları “Abrams”larla təlimə başlayır  
    
                          
     
                         24.05.2023
 
    
                        Ukrayna hərbçiləri "M1A1 Abrams” tankları ilə təxminən bir həftə sonra təlimlərə başlayacaq.
"DM" xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib.
Qeyd edək ki, bu təlim on həftə ərzində amerikalı mütəxəssislər tərəfindən Ukrayna Silahlı Qüvvələrinin 250 tankçısına Almaniyadakı poliqonlardan birində keçiriləcək.