29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ötən il bu fonddan xüsusi müdafiə təyinatlı layihələrə 457,1 milyon manat xərclənib

24.05.2023

Ötən il Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsinə 457,1 milyon manat vəsait sərf olunub.

"DM”-nın xəbərinə görə, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 517,9 milyon manat məbləğində vəsait istifadə olunub.
Bu vəsaitin 486,7 milyon manatı və ya 94 faizi əsaslı xərclərin, 31,2 milyon manatı və ya 6 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan istifadə olunmuş vəsaitin 457,1 milyon manatı xüsusi müdafiə təyinatlı layihələrin, 29,6 milyon manatı infrastrukturyönlü sahələrin, 26,2 milyon manatı sosialyönlü sahələrin, 5 milyon manatı isə digər sahələrin maliyyələşdirilməsinə sərf olunub.