09 10 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Türkiyədə prezident seçkisi üçün xaricdə verilən səslərin sayı açıqlanıb

23.05.2023

Mayın 20-dən etibarən Türkiyənin xarici ölkələrin nümayəndəliklərində və gömrük-keçid məntəqələrində 28 mayda keçiriləcək prezident seçkisi üçün səsvermə prosedurları davam edir.

Türkiyə Mərkəzi Seçki Komissiyasından əldə edilən məlumata görə, xarici nümayəndəliklərdə və gömrük-keçid məntəqələrində səs verən seçicilərin sayı 1 585 334 nəfər olub.

Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, gömrük-keçid məntəqələrində isə mayın 28-də saat 17:00-dək davam edəcək.

Xatırladaq ki, ilk turda namizədlərdən heç biri müəyyən edilən səsi toplamayıb və seçkinin ikinci turu mayın 28-də keçiriləcək.

Mənbə: Anadolu