29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güclü yağış nəticəsində Naxçıvanda körpü uçub

23.05.2023

Ötən gün axşam saatlarında Naxçıvan Muxtar Respublikasında yağan güclü leysan və dolu təkcə Naxçıvan şəhərində deyil, rayon və kəndlərdə də fəsadlar törədib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, fəsadlar qeydə alınan ərazilərdən biri də Babək rayonunun Nəhəcir kəndidir. Kəndin əsas yolunda olan körpü selə davam gətirməyərək çöküb və yarasız hala düşüb. Körpünün uçması Nəhəcir və Göynük kəndində olan sakinlər üçün ciddi problemlər yaradıb. Artıq kəndə gediş-gəliş üçün müvəqqəti olaraq körpünün yanından - çayın içindən əlavə yol çəkilib.

Qeyd edək ki, körpünün uzunluğu 10, eni isə 6 metrdir. Naxçıvan MR Avtomobil Yolları Dövlət Agentliyinin Babək Rayon Yol Təmir İstismar İdarəsindən APA-ya bildirilib ki, körpüdə başlayan təmir işlərinin bir ay ərzində yekunlaşacağı gözlənilir.