30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çaçibaia Bakıda: Zakir Həsənovla görüş - FOTO

21.11.2018

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia Azərbaycana səfərə gəlib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə iştirak etməkdir.
Bildirilib ki, üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün Bakıda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın rəhbərlik etdikləri nümayəndə heyətləri noyabrın 21-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış "Əbədi məşəl” abidəsi önünə, eləcə də şəhid məzarlarına əklil və gül dəstələri qoyublar.
***
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.