29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azıx mağarasında tədqiqat aparılması üçün İşçi qrup yaradılıb

23.05.2023

"Azıx mağarasında tədqiqat işlərinin aparılması üçün işçi qrup yaradılıb”.

Bunu  Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

O bildirib ki, artıq ekspedisiyanın tərkibi hazırdır və beynəlxalq ekspertlərlə də danışıqlar aparılıb:

"Müvafiq tapşırıq veriləndən sonra 15 gün müddətində ekspedisiya qrupu bir araya gələcək və Azıx mağarasında tədqiqatların aparılmasına başlanılacaq. Azıx mağarasından sadəcə nümunələr götürüləcək və onlar analiz ediləcək. Oradakı 10 təbəqənin yaşını müasir dövrün çağırışlarına uyğun şəkildə təqdim etmək lazımdır. Ona görə də ekspedisiya ora gedən zaman arxeoloji qazıntı aparmayacaq. Bundan başqa, Tağlar mağarasında da tədqiqatlar aparılacaq".