29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski Ukraynanın Dəniz Piyadaları Korpusunun yaradıldığını elan edib

23.05.2023

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı ölkənin silahlı qüvvələrinin tərkibində ayrıca dəniz piyadaları korpusunun yaradılmasını elan edib.

"DM" "TASS"a istinadən xəbər verir ki, Ukrayna dəniz piyadalarının potensialının əhəmiyyətli dərəcədə artırılması - Dəniz Piyadaları Korpusunun yaradılması barədə qərar qəbul edilib", - deyə Zelenski Ukrayna dəniz piyadaları qarşısında çıxışında bildirib və onun videosu Telegram kanalında yerləşdirilib. O, hərbçiləri "müasir silah və texnika ilə təchiz etməyə və yeni Ukrayna dəniz piyada briqadaları yaratmağa” söz verib.

Çərşənbə axşamı Zelenski Telegram kanalında Donbassda döyüş bölgəsinə getdiyini yazıb. O, bir qrup dəniz piyadası ilə qaranlıq otaqda çəkdirdiyi fotoları yerləşdirib, lakin onların dəqiq harada çəkildiyini açıqlamayıb.

Devran Media