01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaşar öldürüldü, danimarkalı nazir kövrəldi

21.11.2018

Danimarkada narkotik qaçaqmalçılığı, soyğunçuluq və digər cinayətlərlə məşhur olan "Los Guerreros” ("Döyüşçü”) adlı mafiya qruplaşmasının keçmiş üzvü, türk əsilli Nedim Yaşar öldürülüb.
"Dövran Media" xəbər verir ki, 31 yaşlı Nedim cinayət aləmindən bəhs edən "Rodder” (Köklər) adlı kitabının təqdimat mərasimindən sonra silahlı hücuma məruz qalıb. Onu xəstəxanaya çatdırsalar da, həkimlər həyatını xilas edə bilməyib.
Danimarkanın Ədliyyə naziri Soren Pape Polsen Tvitterdə Nedim Yaşarın ölümü ilə bağlı açıqlama verib.
"Elə ümidsiz və inamsızam ki…Nedimlə, bütün qəlbi ilə yeni bir həyat qurmaq və başqaları üçün fərq yaratmaq istəyən bir adamla tanış olmuşdum. Bütün düşüncələrim dostları və ailəsi ilə birlikdədir”, - nazir bildirib.
Qeyd edək ki, ata olacağını öyrəndikdən sonra mafiyadan ayrılan Nedim Yaşar işlədiyi radioda öz xatirələrini dinləyicilərlə bölüşürdü.