ABŞ-də “Türk Evi”nə hücumun görüntüləri yayılıb  
    
                          
     
                         23.05.2023
 
    
                        ABŞ-nin Nyu-York şəhərində Türkiyə baş konsulluğunun yerləşdiyi binada "Türk Evi”nə hücumun görüntüləri yayılıb.
Kadrlarda qara paltarlı və qara papaqlı naməlum şəxsin linglə binanın fasadında pəncərələri necə qırdığı əks olunub.
Qeyd edək ki, Türkiyədə prezident seçkisində səsvermə məhz bu binada keçirilir. ABŞ-də yaşayan Türkiyə vətəndaşları seçkinin ikinci turunda səs verməyi mayın 24-də başa vuracaqlar.