29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zaporojyedə dörd yük maşını dolu hərbçi meyiti tapılıb - VİDEO

23.05.2023


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Ukraynanın əksər vilayətlərinə yenidən dron hücumları olub.

Qeyd edilib ki, Kiyevə edilən hücumların qarşısı alınsa da, digər vilayətlərdə dron zərbələri müşahidə olunub.

Məlumata görə, Donetsk və Baxmut istiqamətində döyüşlər daha da şiddətlənib:
"Ötən gecə Ukrayna ordusu Baxmut ətrafında daha yarım kilometr ərazini işğaldan azad edib. Qarşılıqlı əks-hücumlar davam edir”.

O da bildirilib ki, ağır döyüşlərin getdiyi digər ərazi Zaporojyedir:

"Hücumları artıran Rusiya ordusunun qarşısı Çapayevka kəndində alınıb. Ukrayna ordusunun endirdiyi dəqiq artilleriya zərbələri nəticəsində Rusiya ordusu itki verib. Hərbçilərin sözlərinə görə, həmin kənddə döyüşdən sonra dörd yük maşını dolu hərbçi meyiti tapılıb”.