50 islamçı terrorçu Pakistanın enerji zavoduna hücum edib  
    
                          
     
                         23.05.2023
 
    
                        İslamçı terrorçular çərşənbə axşamı Pakistanın şimal-qərbində təbii qaz və neft hasilatı zavoduna basqın edərək, dörd polisi və iki şəxsi mühafizəçini öldürüblər.
"DM" "REUTERS"ə istinadən xəbər verir ki, polis rəsmisi İrfan Xan bildirib ki, 50-yə qədər terrorçunun hücumu Əfqanıstan sərhədi yaxınlığındakı Hanqu rayonunda MOL Pakistan Neft və Qaz Şirkətinin idarə etdiyi zavodda baş verib .
Heç bir qrup məsuliyyəti üzərinə götürməyib.