30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hövsanda qanunsuz ağac kəsimi aşkarlandı

21.11.2018

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində köküstə yaş söyüd ağacının icazəsiz kəsildiyi aşkar edilib.
Araşdırma zamanı ağacın Suraxanı rayon sakini Allahverdi Rzayev tərəfindən kəsildiyi müəyyən olunub. 
Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 1800 manat məbləğində ziyan dəydiyi məlum olub
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar Suraxanı rayon  Prokurorluğuna göndərilib.