29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mişustin Şanxayda Rusiya-Çin biznes forumunda iştirak edir

23.05.2023

Rusiyanın baş naziri Mixail Mişustin Rusiya-Çin biznes forumunda iştirak etmək üçün çərşənbə axşamı Şanxayda Huanqpu çayının sahilindəki konfrans mərkəzinə gəlib.

"DM" "TASS"a istinadən xəbər verir ki, o, plenar iclasda çıxış edəcək. Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifeng-in də çıxışı gözlənilir.

Plenar iclasdan sonra forum iştirakçılarının nəqliyyat sektoru, sənaye, kənd təsərrüfatı, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəkləri dəyirmi masalar keçiriləcək.

Rusiya Federasiyası Nazirlər Kabinetinin materiallarında qeyd olunduğu kimi, Rusiyanın 15-dən çox iri müəssisəsinin nümayəndələri və bir sıra regionların rəhbərləri forumda iştirak edəcəklərini təsdiq ediblər.

Devran Media