06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

NATO PA Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı kimi tanıyıb

23.05.2023

NATO Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırımı, Rusiya hakimiyyətini isə irqçi (raşist) kimi tanıyıb.

Bu barədə Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernov məlumat verib.

O bildirib ki, Lüksemburqda keçirilən assambleyanın sessiyasında bəyannamə yekdilliklə qəbul edilib.

"Bundan başqa, NATO PA öz ölkələrinin hökumətlərini Vilnüs sammitində Ukraynanın Alyansa üzv olacağını açıq şəkildə bəyan etməyə və Ukraynanın NATO-ya daxil olması üçün növbəti konkret addımları razılaşdırmağa çağırıb”, - Çernev qeyd edib.
O, bəyannaməni Ukraynanın diplomatik qələbəsi adlandırıb.

Mənbə: rbc.ua