02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident : Litva və Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir

22.05.2023

Ölkələrimizi birləşdirən və ümumiyyətlə qitələri birləşdirən Avrasiyada daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün bizim ölkələrimizin payına böyük vəzifələr düşür.

APA-nın Vilnüsə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev litvalı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı deyib.

Dövlət başçısı bildirib ki, müvafiq qurumların bu məsələlərlə bağlı ciddi məşğul olmaları üçün razılığa gəlinib.

"Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir. Azərbaycan üzərindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və artacaq. Müasir infrastrukturumuz buna imkan yaradır. Və Xəzər dənizinin Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq birgə səylərlə biz bu birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq. Bütövlükdə deyə bilərəm ki, bu gün müzakirə olunan məsələlərin önəmi bir də onu göstərir ki, strateji tərəfdaşlar kimi Litva və Azərbaycan uğurla bir-biri ilə əməkdaşlıq edir və əminəm ki, bu səfərdən sonra bu əməkdaşlığa güclü təkan veriləcək”, - Prezident qeyd edib.