02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

MM sədri : “Zəngilanda ermənilərin törətdiklərini gözlərinizlə görəcəksiniz”

22.05.2023

"Ermənistan nümayəndə heyəti Azərbaycanda Milli Məclis və ATƏT PA tərəfindən təşkil edilən konfrans iştirakçılarına Zəngilana səfər etməməklə bağlı məktub göndərib”.

"Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Spiker konfrans iştirakçılarına səslənərək bildirib ki, siz oraya getsəniz, ermənilərin Azərbaycan ərazilərində törətdikləri dağıntıları öz gözlərinizlə görəcəksiniz:
"Eyni zamanda siz Azərbaycan tərəfindən həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin şahidi olacaqsınız. İşğal dövründə ermənilər Azərbaycan ərazilərini dağıdıb, bütün infrastrukturu məhv edib, ekoloji terror törədib, meşələrimizi, təbii qoruqlarımızı məhv edib, təbii resurslarımızı istismar edib, çayları çirkləndiriblər”.

"Ermənistan BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri icra etmədi. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinə əsasən, beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi”, - S.Qafarova əlavə edib.