28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rəsmi Pekin: “Çin nüvə silahından ilk istifadə edən ölkə olmayacaq”

20.05.2023

"Çin müdafiə strategiyasına malikdir və nüvə silahından ilk istifadə edən ölkə olmayacaq”.

"DM” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Çin nüvə arsenalına münasibətdə həmişə müdafiə strategiyasına möhkəm sadiq qalıb. Biz ondan ilk istifadə etməmək strategiyasına ciddi şəkildə əməl edirik”, - deyə məlumatda bildirilir.

Pekinin nüvə silahlarının sayını milli təhlükəsizliyin təmin edilməsi üçün lazım olan minimum səviyyədə saxlamağı planlaşdırdığı, üzərinə götürdüyü öhdəliklərə qətiyyətlə əməl edəcəyi və böhtanlara dözməyəcəyi vurğulanıb.