28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib

20.05.2023

Mayın 19-da İnam Kərimovun sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumunun iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

İclasda "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” qərar layihəsi və "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Plenumun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair arayış müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul olunub.

Eyni zamanda, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar layihəsi müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Sonra Plenumda Azərbaycan Respublikasının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının yeni tərkibi müəyyənləşdirilib.

Plenumda, həmçinin konkret işlərə baxılıb.