KİV: ABŞ və müttəfiqləri Ukraynaya F-16 qırıcıları verəcəklər  
    
                          
     
                         20.05.2023
 
    
                        ABŞ müttəfiqləri ilə birlikdə Kiyevə F-16 qırıcılarını ötürmək niyyətindədir.
Bu barədə cümə günü NBC televiziya şirkəti ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat verib.
Televiziya şirkəti vurğulayır ki, qırıcıların Kiyevə təhvil verilmə vaxtı barədə məlumat yoxdur.
Həmçinin F-16-nın tədarükçüsü kimi hansı ölkələrin çıxış edəcəyi və neçə təyyarənin Ukraynaya veriləcəyi də məlum deyil.
Bildirilir ki, bu barədə qərar yaxın aylarda veriləcək.
Qeyd olunur ki, Qərb ölkələrinin Ukraynaya təhvil verməyi planlaşdırdığı F-16-lar Ukrayna qoşunlarının qarşıdan gələn əks-hücumunda istifadə edilməyəcək. Onlar ölkənin təhlükəsizliyini gücləndirmək üçün uzunmüddətli proqram çərçivəsində tədarük olunacaq.