28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Deputatlar AŞPA-nın komitə iclaslarında iştirak edəcək

19.05.2023

Mayın 21-də Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərinə, deputatlar Erkin Qədirli və Kamal Cəfərov isə bu təşkilatın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün Kipr Respublikasının Larnaka şəhərinə səfər edəcəklər.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə iclaslarında əmək, sosial, sağlamlıq və digər insan hüquqları, həmçinin sosial müdafiə mövzularında məruzələr dinləniləcək, insan alverinə, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə kimi məsələlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək.

Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcək, qeyd və təkliflərini verəcəklər.

Deputat Kamal Cəfərov AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında "Birləşmiş Krallığın insan hüquqları qanunvericiliyində islahatları: daxildə və Avropada insan hüquqlarının qorunması kontekstində nəticələri” mövzusunda məruzə ilə çıxış edəcək.