27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə iclas keçiriləcək

19.05.2023

"Azərbaycan və Ermənistan tərəfləri regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair yekun razılaşmaya yaxındırlar”.

Bunu Rusiya Xarici İşlər Nazirinin rəhbəri Sergey Lavrov Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşün yekunlarına dair açıqlamasında bildirib.

Rusiyanın XİN başçısı bildirib ki, gələn həftə baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun bu məsələ ilə bağlı iclası keçiriləcək.

Rusiyalı diplomatın digər önəmli açıqlaması Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı olub.
Sergey Lavrov bildirib ki, yaxın zamanlarda Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclası keçiriləcək.

"Biz bu gün sülh müqaviləsinin bir sıra maddələri üzrə ümumi baxışları yaxınlaşdıra bildik. Hazırda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında dialoq davam edir. Rusiya tərəfi ümid edir ki, bugünkü görüş tərəflərə praktiki nəticələr əldə etməyə imkan verəcək. Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının əsasını təşkil edən Üçtərəfli Bəyanatın irəliləyişinə və yerinə yetirilməsinə bundan sonra da töhfə verəcək”, - deyə Sergey Lavrov vurğulayıb.

Mənbə: Mid.ru