28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan güləşçiləri Qazaxıstanda 11 medal qazanıblar

19.05.2023

Astanada Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, mayın 16-dan 18-dək davam edən ənənəvi yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən millimizin 11 üzvü fəxri kürsüyə qalxıb. 

İlkin Qurbanov (60 kq), Kənan Abdullazadə (67 kq) və Ruslan Nurullayev (72 kq) qızıl, İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fərid Sadıxlı (55 kq), Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal qazanıblar. Ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.

Qeyd edək ki, yığmamız Astanadan iyunun 2-də vətənə qayıdacaq. Həmin tarixədək yerli komanda ilə birgə Avropa çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışı baş tutacaq. U-20 Avropa çempionatı iyunun 26-dan iyulun 2-dək İspaniyanın Santyaqo de Kompostela şəhərində keçiriləcək.