05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşayeva onun ölümü haqda: Dünən bir yerdəydik... - Foto

20.11.2018

Dünən axşam saatlarında dəyərli sənətçimiz, aydınımız Novruz Novruzlu, Suriya türkmanlarının təmsilçisi Adil Şan və digər dostlarla gözəl bir söhbət və müzakirələr oldu.
Bu sözləri açıqlamasında millət vəkili Qənirə Paşayeva tanınmış sənətçi, "Savalan" qrupunun bədii rəhbəri Novruz Novruzlunun ölümü barədə danışarkən deyib. O, müğənninin vəfatından kədərləndiyini söyləyib:
"Həyat həqiqətən də çox qəribədir, bir andır. Novruz bəy Adil Şanın bir şeirini bəyənərək, "mahnı yazılarsa, birlikdə ifa edə bilərik" dedi, gələcək layihələr, işlər barədə söhbət oldu. Biz də "hər zaman yanınızdayıq" dedik. Bu gün səhəri isə acı bir xəbəri böyük üzüntü ilə qarşıladıq. Dəyərli sənətçimiz, aydınımız Novruz Novruzlu Allahın rəhmətinə qovuşdu. Onun vəfatı mədəniyyətimiz üçün bir itkidir. Allah ona rəhmət eləsin, yaxınlarına səbir versin. Dəyərli sənətçimiz nur içində yatsın!”
Qeyd edək ki, "Savalan" qrupunun bədii rəhbəri Novruz Novruzlu bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib.