01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ceyhun Bayramov: “Biz bütün istiqamətlər üzrə paralel işin aparılmasının tərəfdarıyıq”

19.05.2023

"Bakı Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə normallaşma prosesini ardıcıl olaraq dəstəkləyir”.

Bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə bildirib.

O, bu postmünaqişə dövründə normallaşmanın müxtəlif istiqamətlərdən ibarət olan proses olduğunu vurğulayıb.

"Biz bütün istiqamətlər üzrə paralel işin aparılmasının tərəfdarıyıq. Hesab edirik ki, onlar bir-birini tamamlayırlar. Ötən ilin sonundan etibarən danışıqlar prosesində müəyyən durğunluq yaranmışdı, mayın əvvəlindən bəri olan dinamikanın ardıcıl və müsbət xarakter daşımasını müsbət hesab edirik. Artıq sülh sazişi ilə bağlı liderlərin görüşü baş tutub. Ümid edirik ki, bugünkü danışıqlar səmərəli olacaq və bütün məsələlər spektrini nəzərdən keçirmək imkanı verəcək”, - deyə Bayramov vurğulayıb.