25 08 2025-cu il Bakı 29 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

G7 liderləri Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul edib

19.05.2023

G7 ölkələrinin liderləri Yaponiyanın Hirosima şəhərində keçirilən iclasda Ukraynadakı vəziyyətlə bağlı bəyanat qəbul ediblər.

"DM” TASS-a istinadən xəbər verir ki, sənəddə Ukraynaya iqtisadi yardım göstərilməsi öz əksini tapıb.

Bildirilib ki, 2023-cü il və 2024-cü ilin əvvəli üçün büdcə dəstəyi artıq qəbul olunub. Liderlər "Taxıl sazişi”nin genişləndirilməsi və uzadılmasını dəstəkləyir.

G7 Rusiyanı məğlub etmək üçün Ukraynaya hərbi, maliyyə, humanitar və diplomatik dəstək verəcək. Bundan başqa, G7 Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri azaltmaq üçün tədbirlər görəcək. Bu ölkələr nüvə enerjisi sahəsində Rusiyadan asılılığı dayandırmağa çalışacaq. Eyni zamanda G7 Rusiyaya sənaye avadanlığı və texnologiyalarının ixracını məhdudlaşdırmağa davam edəcək.