29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Emin Əmrullayev soydaşlarımızın təhsil problemindən danışıb - VİDEO

19.05.2023

Elm və təhsil naziri Emin Əmrullayevin gürcüstanlı həmkarı Giorgi Amilaxvari ilə görüşündə bu ölkədə yaşayan soydaşlarımızın təhsil sahəsində qarşılaşdıqları problemlər müzakirə edilib.

E.Əmrullayev problemlərin həlli barədə irəli sürülən təkliflərlə bağlı Baku TV-yə açıqlama verib.

"Həm universitet səviyyəsində müəllim hazırlığı, həm də fəaliyyətdə olan müəllimlərin ixtisaslarının artırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi barədə Gürcüstan tərəfinə təklifimiz oldu”, - deyə o qeyd edib.
Nazir, həmçinin bildirib ki, tərcümə edilən dərsliklərdəki səhvlər və digər problemlərlə bağlı işçi qrupun yaradılması barədə razılığa gəlinib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: