29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

19.05.2023

Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

"DM" xəbər verir ki, bu barədə məlumatı Britaniya Krallığının hökuməti rəsmi internet saytında dərc edib.

Məlumatda qeyd olunur ki, Britaniya Rusiyaya məxsus 86 fiziki şəxs və şirkətə qarşı sanksiya tətbiq edib.

Onların sırasında "Rusiya Mis Şirkəti”nin Direktorlar Şurasının sədri İqor Altuşkin, Metallurgiya İnvestisiya Bankı və metal istehsalı ilə bağlı səkkiz Rusiya şirkəti yer alır.

Həmçinin əlavə olunub ki, Britaniya hökuməti "Kalaşnikov” konserni də daxil olmaqla, Rusiyaya aid 20 müdafiə sənayesi müəssisəsinin və şirkətinin rəhbərinə qarşı sanksiya tətbiq edib.