29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda ilk dəfə insan idarəetməsi olmayan robot teknikası təqdim edilib - FOTO

18.05.2023

May ayının 17-də start verilən 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində dünyaca məşhur İtalyan markası "Maschio Gaspardo” innovativ özüyeriyən "Icaro X4” robot texnikası təqdim edilib. Hər il olduğu kimi bu il də sərgidə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və məhsulları ziyarətçilər üçün sərgilənib. Ötən illərdən fərqli olaraq bu il sərgidə daha çox diqqət ekoloji və iqtisadi cəhətdən səmərəli texnika və texnologiyalara ayrılıb.

Üzümçülükdə yenilik olan bu texnika üzüm bağlarında göbələk xəstəliklərinin profilaktikası məqsədilə istifadə edilən ilk dünya hibrid robotudur. Robotun UV-C ultrabənövşəyi şüaları üzüm sahəsində mövcud olan zərərvericiləri məhv etməklə təsərrüfatda əlavə kimyəvi vasitələrinin istifadə edilməsinə ehtiyac yaratmır və nəticədə ekoloji cəhətdən sağlam məhsul yetişdirilir.

Robot texnikasının ultrabənövşəyi UV-C şüalar hesabına işlədiyi üçün ekonomik olmaqla yanaşı, ətraf mühit və insan sağlamlığına tam zərərsizdir. Bu yüksək innovativ texnikaya sahib olmaqla təsərrüfat sahibləri üzümçülük sahələrini kimyəvi maddələrdən qorumağa nail olacaqlar. Robotun digər üstünlüyü sahədə gecə və gündüz avtomatik rejimdə sputnikdən alınan siqnallar vasitəsilə sürücüsüz idarəetmə rejiminin olmasıdır. "Icaro X4” robot texnikası avtomatik idarəetməsi nəticəsində işçi resurslarına qənaət etməklə xərclərin azaldılmasına səbəb olur.