29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"TikTok" qadağan edildi

18.05.2023

Çinin sosial platforması olan "TikTok"un bütün dünyada istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşa biləcəyi ilə bağlı narahatlıqlar davam edir. Məşhur sosial tətbiqi "TikTok" ABŞ-ın Montana ştatında qadağan edilib. Əyalət qubernatoru Greg Gianforte verdiyi açıqlamada "Montanalıların şəxsi məlumatlarını Çin Kommunist Partiyasından qorumaq üçün Montanada "TikTok"u qadağan etdim. "Çin Kommunist Partiyası "TikTok"dan amerikalılara casusluq etmək və onların şəxsi məlumatlarını toplamaq üçün istifadə edir”. Ştatdakı "Tiktok" qadağası Gianfortenin imzası ilə qüvvəyə minib. Beləliklə, Montana ABŞ-da "TikTok"dan istifadəni qadağan edən ilk ştat oldu.

"TikTok" sözçüsü Brooke Oberwetter verdiyi açıqlamada qərarı "qanunsuz" adlandırıb. "Montanada və ondan kənarda istifadəçilərimizin hüquqlarını müdafiə etməyə davam etdiyimiz üçün montanalıları əmin etmək istəyirik ki, onlar "TikTok"dan özlərini ifadə etmək üçün istifadə etməyə davam edə bilərlər" deyib Oberwetter.

Onu da qeyd edək ki, ABŞ prezidenti Co Bayden keçən il "TikTok"un federal qurumlara aid cihazlarda istifadəsini qadağan etmişdi.