25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İsrail Hollandiyaya raket artilleriya sistemi satır

18.05.2023

İsrail və Hollandiya Müdafiə nazirlikləri 305 milyon dollar dəyərində müdafiə təyinatlı malların ixracına dair ilk hökumətlərarası saziş imzaladıqlarını açıqlayıb. Söhbət Hollandiyaya Elbitin PULS raket və artilleriya sistemlərinin (Precision and Universal Launch System) tədarükündən gedir.

"DM" "The Jerusalem Post"a istinadən xəbər verir ki, bu yeni beşillik müqavilə Rusiyanın Ukraynaya təcavüzünün ikinci ilinə təsadüf edir və getdikcə daha çox Aİ ölkəsi Moskvadan gələcək potensial təhlükələr fonunda müdafiə imkanlarını gücləndirmək üçün İsrailə müraciət edir.

Qeyd edək ki,Almaniya da İsraildən bir sıra yeni müdafiə sistemləri almağa hazırlaşır və digər ölkələr də müxtəlif danışıqlardadır.

Devran Media