29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KTMT: Ermənistanla Azərbaycanın tezliklə sülh müqaviləsi imzalayacağına ümid edirik

18.05.2023

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik.

"DM" xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov KTMT Parlament Assambleyası (KTMT PA) Şurasının iclasında iştirak etmək üçün Belarusun paytaxtı Minskə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Tasmaqambetov qeyd edib ki, Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı mütəmadi danışıqlar aparılır və bu yaxınlarda Avropada daha bir görüş baş tutub.

KTMT rəhbəri onu da vurğulayıb ki, həm Azərbaycan, həm də Ermənistan tərəfi praktiki olaraq 1991-ci il "Alma-Ata bəyannaməsi"nə əsasən iki ölkə arasındakı sərhədləri tanıyır.