03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TKTA: Peşə məktəblərinin akkreditasiya meyarları hazırlanır

18.05.2023

"Hazırda peşə təhsili səviyyəsində akkreditasiya meyarlarının hazırlanması istiqamətində iş aparılır".

"DM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova deyib.

O bildirib ki, TKTA tərəfindən meyarlar demək olar artıq hazırlanıb:

"Hazırda peşə təhsili müəssisələrində çalışan həmkarlarla bu meyarlar müzakirələr edilir, müəyyən dürüstləşmələr aparılır. Bu prosesə həmçinin Avropa Komitəsi tərəfindən maliyyələşən layihədə olan xarici ekspertlər də bu prosesə qatılıb. Bu standartlar da ali təhsil müəssisələrinin akkreditasiya meyarları kimi ESG standartlarına uyğun olacaq".