03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ARTİ: Sertifikasiyada uğursuz nəticə göstərən 505 müəllim təlimlərdə iştirakdan imtina edib

18.05.2023

Ötən il sertifikatlaşdırmadan keçən müəllimlərin 78 faizi uğur qazanıb. Həmin sertifikasiya imtahanında təqribən 11 mindən çox müəllim iştirak edib.

"DM" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib. Onun sözlərinə görə, ötən il sertifikasiya imtahanında iştirak edən 2803 nəfər, yəni sertifikasiyada iştirak edən müəllimlərin 22 faizi I mərhələdə uğursuz nəticə göstəriblər:

"Həmin müəllimlərlə genişmiqyaslı təlimlərə start verilib. Bu təlimlər ibtidai sinif üzrə Azərbaycan dili və riyaziyyat fənni üzrə olub və ixtisasartırma təlimi formasında olub. Təlimlər 3 ay olub. Birinci sertifikasiya imtahanında uğursuz nəticə göstərən 2803 müəllimdən 2180-i, yəni 77 faizi təlimlərdə iştirak edib. 505 müəllim ərizə yazaraq təlimlərdən imtina edib. 32 müəllim isə işdən çıxıb və ya vəfat edib”.

Təlimlərdə iştirak etməyən müəllimlər də eyni qaydada sertifikasiya imtahanında iştirak edəcəklər. Eyni zamanda, yaxın zamanlarda sertifikasiya ilə bağlı sınaq imtahanları da keçiriləcək.