03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirib

18.05.2023

Rusiya ordusunun Ukraynanın Odessa şəhərinə raket hücumu nəticəsində bir mülki şəxs ölüb, ikisi yaralanıb.

"DM” xəbər verir ki, bu barədə Odessa vilayəti Hərbi Administrasiyasının sözçüsü Sergey Bratçuk bildirib.

Onun sözlərinə görə, Qara dəniz istiqamətindən atılan raketlərin çoxu Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Ukrayna "Cənub” Hərbi Dairəsinin sözçüsü Natalya Qumenyuk bildirib ki, Rusiya qüvvələri arxa cəbhədəki bölgələrdə terror aktları törətməyə cəhd göstərir, əsas hədəflərdən biri Odessa şəhəridir.

Məlumata əsasən, ötən gecə və səhər saatlarında Ukrayna paytaxtı Kiyev və Dneprin bir neçə rayonunda partlayış törədilib.

Kiyev şəhər Hərbi Administrasiyasının başçısı Sergey Popko bildirib ki, paytaxt ərazisinə Rusiya Xəzər dənizi regionundan "Tu-95MC”, "Tu-160” bombardmançıları vasitəsi ilə "X-101/155” qanadlı raketlər atıb.

Xəsarət alanların olub-olmaması hələ ki məlum deyil.