03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: Ermənistan MTX narkotik şəbəkəsinin izinə düşüb

18.05.2023

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) 1 ton kokainin müsadirə edilməsindən sonra böyük narkotik şəbəkəsinin izinə düşüb.

"DM" xəbər verir ki, bu barədə "Joqovurd” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, hüquq-mühafizə orqanları narkotikin ölkəyə çatdırılmasının böyük "avtoritetlər” və ya yüksək rütbəli məmurlar tərəfindən "himayə oluna biləcəyindən” şübhələnirlər.

Həbslər gözlənilir.

Qeyd edək ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) məlumatına görə, Ermənistanda 1 ton kokain müsadirə olunub. Qeyd olunub ki, müsadirə olunan narkotik vasitənin ümumi dəyəri təxminən 250 milyon avro təşkil edir. Məlumata əsasən müsadirə olunan kokain ölkəyə Ekvadordan meyvə idxal edən şirkət tərəfindən gətirilib. Onların böyük hissəsi İtaliya və Gürcüstandan tranzitlə Ermənistana gəlib.

Bundan öncə İtaliya KİV-ləri yerli limanlardan birində 78 tonluq banan yükündə gizlədilmiş 2.7 ton kokainin müsadirə olunması barədə məlumat vermişdilər ki, bu da yük qaimələrinə əsasən Gürcüstan vasitəsilə Ekvadordan Ermənistana göndərilib. Həmin partiyanın ümumi dəyəri 800 milyon avro olaraq qiymətləndirilib.

Cinayət işi çərçivəsində bir sıra ekspertizalar təyin edilib, dindirmələr aparılıb, müxtəlif səlahiyyətli strukturlara sorğular göndərilib.