29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Emin Cəfərov: Atıcılıq üzrə dünya çempionatında 2 min idmançı iştirak edəcək

17.05.2023

Ölkəmiz ilk dəfə atıcılıq idman növü üzrə dünya çempionatına ev sahibliyi edəcək. Çempionatın açılış mərasimi avqustun 15-də "Baku Crystal Hall”da baş tutacaq.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

Baş katib qeyd edib ki, 2014-ci ildən ölkəmizdə mütəmadi olaraq atıcılıq idman növü üzrə dünya kuboku, Avropa çempionatı və bir sıra beynəlxalq yarışlar keçirilir. Azərbaycanda yalnız dünya çempionatı təşkil olunmayıb. Ötən il ölkəmizdə keçirilən dünya kuboku yarışları zaman bir çox komandalar bizə yaxınlaşaraq dünya çempionatının məhz Bakıda təşkil olunması barədə məsləhətlərini verirdilər. Bütün bunları nəzərə alaraq, dünya çempionatına ev sahibliyi etmək üçün beynəlxalq federasiyaya müraciət etdik. Bildiyiniz kimi, səsvermədə Braziliya ilə Azərbaycan arasında səs sayına görə çox az fərq var idi. Ancaq nəticədə Azərbaycan dünya çempionatına ev sahibliyi etmək hüququna sahib oldu.

"Federasiyamız var gücü ilə dünya çempionatına hazırlaşır. Yarışın açılış mərasimi möhtəşəm olacaq. Digər dünya çempionatlarının açılış mərasimlərindən fərqlənəcək. Çempionatda böyüklər arasında atıcılığın bütün növləri üzrə yarışlar keçiriləcək. Həmçinin "Paris-2024” Yay Olimpiya Oyunlarına 48 lisenziya sahibini tapacaq. Buna görə də, çempionat böyük əhəmiyyət daşıyır. Yarışa 90 və ya 100 ölkədən 2 min idmançının iştirakı nəzərdə tutulub. Yığma komandamızdan yaxşı nəticələr gözləyirik. Düşünürəm ki, onlar yüksək nəticə əldə edərək bizi sevindirəcəklər”, - deyə baş katib əlavə edib.

Qeyd edək ki, dünya çempionatı avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək