29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polis Türkiyə qəzetinin Almaniyadakı ofisində axtarış aparıb, 2 jurnalist saxlanılıb

17.05.2023

Almaniya polisi Türkiyənin "Sabah” qəzetinin Frankfurt şəhərində yerləşən Avropa bürosuna basqın edərək mətbu orqanın təmsilçisi İsmayıl Erel və xəbərlər şöbəsinin müdiri Cəmil Albayı saxlayıb.

"DM” "TRTHaber”ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları jurnalistlərin evlərində və qəzetin ofisində axtarış aparıb, kompüter və telefonları müsadirə edib.

Axtarışın və jurnaliastlərin saxlanmasının səbəbi hələ ki məlum deyil.

Türkiyənin Xarici İşlər Nazirliyi jurnalistlərin peşəkar fəaliyyətinə müdaxilə edildiyini bildirib. Nazirlikdən qeyd olunub ki, iki jurnalistin saxlanılması mətbuat azadlığı baxımından qəbuledilməzdir.

XİN-dən məsələnin Almaniya hökumətinin diqqətinə çatdırıldığı açıqlanıb.

"Jurnalistlərin sərbəst buraxılması üçün Almaniya hakimiyyəti ilə yüksək səviyyəli danışıqlar aparılır”, - nazirlikdən bildirilib.