29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qırmızı təhlükə: İtaliyada beş minə yaxın insan təxliyə edilib - FOTO

17.05.2023

İtaliyanın şimalında güclü yağışlar səbəbindən 5 minə yaxın insan təxliyə edilib.

Bazar ertəsi axşam saatlarından İtaliyanın şimalında yağan güclü yağışlar sel və daşqınlarla nəticələnib, bu səbəblə Emiliya Romanyadan azı 5 min insan təxliyə edilib.

Təcili problemlərin həlli üçün 10 milyon avro vəsait ayrılıb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər itkin düşüb. Müxtəlif şəhərlərin sakinləri evlərin damına çıxaraq xilasediciləri gözləmək məcburiyyətində qalıblar. Rayonda təhsil müəssisələri bağlanıb, qatarların hərəkəti dayandırılıb.
Bölgədə hava şəraitinin son (qırmızı) təhlükə səviyyəsi elan edilib. Bazar ertəsi axşamdan etibarən orada güclü yağış yağır.