29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin və Rəisi Rəşt-Astara dəmiryolu hissəsinin tikintisinə dair mərasimdə iştirak edirlər

17.05.2023

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi Rəşt-Astara dəmiryolu hissəsinin tikintisinə dair sazişin imzalanması mərasimində iştirak edirlər. Putin mərasimə videobağlantı vasitəsilə qatılıb.

Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılması işlərini birgə maliyyələşdirəcəklər.

Sazişi Rusiya nəqliyyat naziri Vitali Savelyev və İranın yol və şəhərsalma naziri Mehrdad Bazrpaş imzalayacaqlar. Mərasimdə həmçinin Rusiya tərəfdən baş nazirin müavini Aleksandr Novak da iştirak edir.

Qeyd edək ki, Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Bu xətt Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrinin birləşdirilməsi və transxəzər marşrutunun iqtisadi səmərəliliyinin artırılması üçün əhəmiyyət kəsb edir. Ehtimal olunur ki, Rəşt-Astara xətti Moskva və Tehranın iştirakı ilə, Astara (İran şəhəri)-Astara (Azərbaycan şəhəri) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə inşa ediləcək.

Mənbə: TASS