29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AQTA: Şabranda quduzluq aşkarlanması ilə bağlı məsələ ciddi nəzarətə götürülüb

17.05.2023

Şabran rayonunun Qorğan kəndində təsərrüfatlardan birində baş verən hadisə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarətə götürülüb.

Bu barədə AQTA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hadisənin səbəbləri ilə bağlı Agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, Şabran rayonunda 20 nəfər quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qorqan kəndində bir müddət öncə kənd sakininin təsərrüfatına yırtıcı heyvanlar hücum edib. Çaqqallar təsərrüfat sahibinə məxsus xırdabuynuzlu heyvanlara xəsarət yetirib.

Təsərrüfat sahibi həmin heyvanların ətini fermadakı itlərə verib. Bir müddət sonra qoyunlardan 3-nün xəstələndiyini görən kənd sakini onları kəsib və ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Bu yaxınlarda isə təsərrüfatdakı heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub. Bundan sonra yerli dövlət qurumlarına müraciət edilib.

Yırtıcıların xəsarət yetirdiyi heyvanlardan götürülən nümunələrdə quduzluq xəstəliyinin aşkar edilməsindən sonra çaqqalların xəsarət yetirdiyi heyvanın ətindən yeyən 20 nəfər xüsusi nəzarətə götürülüb. Təsərrüfat sahibi və həyat yoldaşına quduzluq əleyhinə iynə vurulub. Onlardan müvafiq analizlər götürülüb.