29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə açıq respublika turniri keçirilib

17.05.2023

13-14 may tarixlərində, Abşeron Olimpiya İdman Kompleksində 516 idmançının iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş cüdo idman növü üzrə açıq respublika turniri keçirilib. Turnir "BOS Şelf” MMC, Azərbaycan Cüdo Federasiyası, Dövlət Dəniz və Liman Agentliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə baş tutub.

Yarışdan öncə tədbirin təşkilatçılarının və gənc idmançıların iştirakı ilə ulu öndərin adını daşıyan Bakı Dərin Özüllər Zavodunun ərazisində yerləşən Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub. Turnir başlamadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin açılış mərasimində çıxış edən "BOS Şelf” MMC-nin baş direktor vəzifəsini icra edən Nazim Hüseynov ulu öndər Heydər Əliyevin hər zaman idmanın inkişafına verdiyi yüksək önəmdən bəhs edib. Ümummilli liderin idman sahəsinə olan diqqəti və qayğısının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsinin bu gün ölkəmizin beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlərin, habelə mötəbər tədbirlərə ev sahibliyi etməsinin başlıca səbəbi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Birinci Qarabağ müharibəsi veteranı Arzu Nağıyev idman sahəsinin vacibliyindən danışaraq, bu günün gənc idmançıların sabahın vətən qoruyucuları olduğunu qeyd edib. Eyni zamanda A.Nağıyev bu sahənin ölkəmizdəki inkişafında ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin müstəsna rollarını xüsusilə qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov idman sahəsinin ümummilli lider Heydər Əliyevin zəngin irsinin vacib bir hissəsi olduğunu qeyd edərək, Prezident İlham Əliyevin qayğısı altında idmanın Azərbaycan gənclərinin inkişafı yolunda vacib amillərdən biri olduğunu vurğulayıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək ulu öndər Heydər Əliyevin və ölkə başçısının idman sahəsinə göstərdikləri qayğı və dəstəyin, Azərbaycan gəncləri və peşəkar idmançıları tərəfindən daim hiss olunduğunu qeyd edib. Bu kimi turnirlərin idmançıların karyerasına müsbət təsir göstərdiyini və gəncləri böyük idmana doğru aparan bir qapı olduğunu qeyd edən Raqif Abbasov, idmançılara nailiyyətlər və Azərbaycan bayrağını daima zirvələrə yüksəltmələrini arzulayıb.

Müxtəlif çəki dərəcələrində uğurlu nəticə göstərən 84 idmançıya medal, diplom və "BOS Şelf” MMC tərəfindən hədiyyələr təqdim olunub.